Skip to content Skip to sidebar Skip to footer

Kolposkopiya: Erkən Diaqnozun Qızıl Standartı

Kolposkopiya uşaqlıq boynunun (serviks), vagina və vulvanın xüsusi böyüdücü cihaz – kolposkop vasitəsilə yaxından müayinəsidir. Bu üsul hüceyrə səviyyəsində dəyişiklikləri erkən aşkar etməyə kömək edir. 

Nə zaman aparılır? 

Pap smear nəticəsi şübhəli olduqda 

HPV müsbət olduqda 

Uşaqlıq boynunda eroziya, yara və ya şübhəli sahə görüldükdə 

Anormal qanaxma, təkrarlanan axıntılar olduqda 

Serviks xərçəngi öncəsi dəyişikliklərdən şübhə yarandıqda 

Müayinə necə aparılır? 

Pasiyent ginekoloji kresloda uzanır. 

Serviks açıq görünməsi üçün spekulum yerləşdirilir. 

Serviksə sirkə turşusu (bəzən Luqol məhlulu) çəkilir. 

Kolposkopla sahə böyüdülmüş şəkildə incələnir. 

Lazım gələrsə biopsiya (kiçik toxuma nümunəsi) götürülür. Müayinə adətən 10–15 dəqiqə çəkir. 

Prosedur Ağrılıdırmı? 

Kolposkopiya özü ağrısızdır. Biopsiya götürüldüyü zaman yüngül sancı və ya narahatlıq hiss oluna bilər. Prosedurdan sonra bir neçə gün ərzində az miqdarda ləkələnmə və ya qəhvəyi axıntı normaldır. 

Müayinəyə Necə Hazırlaşmalı? 

Müayinənin ən dəqiq nəticə verməsi üçün menstruasiya dövründə aparılmır. Prosedurdan 24–48 saat öncə cinsi əlaqədə olmaq, vaginal şam və ya duş istifadə etmək məsləhət görülmür. 

Üstünlükləri 

Erkən diaqnostika imkanı 

Dəqiq və təhlükəsiz üsul 

Ambulator şəraitdə aparılır 

Xərçəng öncəsi dəyişiklikləri vaxtında aşkar edir 

Tibb üzrə fəlsəfə doktoru, Aytən Abdullayeva
Development mode is enabled for this theme. Disable "Enable theme dev mode?" in Settings > General before using a real license.