CİN (Cervical Intraepithelial Neoplasia) – uşaqlıq boynunun səthi epitel qatında yaranan xərçəngönü hüceyrə dəyişiklikləridir. Bu dəyişikliklər invaziv xərçəng deyil, lakin vaxtında aşkar olunub müalicə edilməzsə, illər sonra xərçəngə çevrilə bilər.
Əsas səbəb
Yüksək riskli HPV infeksiyası (xüsusilə 16 və 18 tipləri)
CİN dərəcələri
🔹 CIN 1 (yüngül displazi): Çox vaxt immun sistemi tərəfindən aradan qaldırılır və öz-özünə geriləyir. Adətən yalnız izləmə tələb edir.
🔸 CIN 2 (orta displazi): Xərçəngə çevrilmə riski daha yüksəkdir. Müalicə və ya yaxın izləmə tələb edir.
🔴 CIN 3 (ağır displazi): Xərçəng riski yüksəkdir və mütləq müalicə olunmalıdır.
Diaqnoz və Müalicə Necə Aparılır?
Diaqnoz üçün Pap smear, HPV testi, kolposkopiya və biopsiya kimi müayinələrdən istifadə olunur. Biopsiyanın nəticəsi diaqnozu təsdiqləyən “qızıl standart”dır.
CIN 1: Adətən 6-12 ay fasilələrlə izlənilir.
CIN 2 və CIN 3: Patoloji sahənin cərrahi yolla (LEEP, konizasiya, lazer) çıxarılması tələb olunur.
Müalicədən sonra mütəmadi nəzarət çox vacibdir, çünki bu, problemin təkrarlanmadığına əmin olmağa kömək edir. Həkimin media çıxışlarını izləyərək bu və digər mövzular haqqında daha çox məlumat əldə edə bilərsiniz.

