Endometrial polip – uşaqlıq boşluğunu örtən daxili qatın (endometriumun) lokal həddindən artıq böyüməsidir. Ölçüsü bir neçə millimetrdən bir neçə santimetrə qədər ola bilər. Əksər hallarda xoşxassəlidir, lakin nadir hallarda xərçəngönü və ya xərçəngə çevrilə bilər.
Əlamətləri
Menstrual dövrdən kənar qanaxma
Uzun və ya çox qanaxmalı aybaşı
Cinsi əlaqədən sonra qanaxma
Sonsuzluq və ya təkrarlanan düşüklər
Bəzən tam əlamətsiz olur
Səbəbləri
Hormonal disbalans (xüsusilə estrogenin üstünlüyü)
Perimenopauza və menopauza dövrü
Artıq çəki
Necə diaqnoz qoyulur?
Transvaginal USM
Salin infuziyalı USM (SIS) – polipi daha aydın göstərir
Histeroskopiya – həm diaqnoz, həm də müalicə məqsədilə
Çıxarılan toxuma histoloji müayinə edilir (çox vacibdir)
Ən Effektiv Müalicə Üsulu Hansıdır?
İzləmə: Kiçik, əlamətsiz poliplər izlənə bilər.
Cərrahi müalicə: Histeroskopik polipektomiya “qızıl standart” hesab olunur. Bu üsulla kamera vasitəsilə uşaqlıq boşluğuna daxil olunur və polip birbaşa görərək tamamilə çıxarılır.
Dərman müalicəsi: Hormonal preparatlar qanaxmanı azalda bilər, amma polipi tam aradan qaldırmır.
Polip Nə Vaxt Mütləq Çıxarılmalıdır?
– Qanaxma verirsə
– Sonsuzluq və ya düşüklərlə əlaqəlidirsə
– Menopauzada aşkarlanıbsa
– USM-də şübhəli görünüş varsa
– Ölçüsü böyükdürsə və ya sürətlə böyüyürsə

