Skip to content Skip to sidebar Skip to footer

Tibbi Yazılar

Kolposkopiya: Erkən Diaqnozun Qızıl Standartı

Kolposkopiya uşaqlıq boynunun (serviks), vagina və vulvanın xüsusi böyüdücü cihaz – kolposkop vasitəsilə yaxından müayinəsidir. Bu üsul hüceyrə səviyyəsində dəyişiklikləri erkən aşkar etməyə kömək edir.  Nə zaman aparılır?  Pap smear nəticəsi şübhəli olduqda  HPV müsbət olduqda  Uşaqlıq boynunda eroziya, yara və ya şübhəli sahə görüldükdə  Anormal qanaxma, təkrarlanan axıntılar olduqda  Serviks xərçəngi öncəsi dəyişikliklərdən şübhə yarandıqda  Müayinə necə aparılır?  Pasiyent ginekoloji kresloda uzanır.  Serviks açıq görünməsi üçün spekulum yerləşdirilir.  Serviksə sirkə turşusu (bəzən Luqol məhlulu) çəkilir.  Kolposkopla sahə böyüdülmüş şəkildə incələnir.  Lazım gələrsə biopsiya (kiçik toxuma nümunəsi) götürülür. Müayinə adətən 10–15 dəqiqə çəkir.  Prosedur Ağrılıdırmı?  Kolposkopiya özü ağrısızdır. Biopsiya götürüldüyü zaman yüngül sancı və ya narahatlıq hiss oluna bilər. Prosedurdan sonra bir neçə gün ərzində az miqdarda ləkələnmə və ya qəhvəyi axıntı normaldır.  Müayinəyə Necə Hazırlaşmalı?  Müayinənin ən dəqiq nəticə verməsi üçün menstruasiya dövründə aparılmır. Prosedurdan 24–48 saat öncə cinsi əlaqədə olmaq, vaginal şam və ya duş istifadə etmək məsləhət görülmür.  Üstünlükləri  Erkən diaqnostika imkanı  Dəqiq və təhlükəsiz üsul  Ambulator şəraitdə aparılır  Xərçəng öncəsi dəyişiklikləri vaxtında aşkar edir  Tibb üzrə fəlsəfə doktoru,…

Read More

CİN (Servikal İntraepitelial Neoplaziya): Xərçəngönü Dəyişiklik

CİN (Cervical Intraepithelial Neoplasia) – uşaqlıq boynunun səthi epitel qatında yaranan xərçəngönü hüceyrə dəyişiklikləridir. Bu dəyişikliklər invaziv xərçəng deyil, lakin vaxtında aşkar olunub müalicə edilməzsə, illər sonra xərçəngə çevrilə bilər.  Əsas səbəb  Yüksək riskli HPV infeksiyası (xüsusilə 16 və 18 tipləri)  CİN dərəcələri  🔹 CIN 1 (yüngül displazi): Çox vaxt immun sistemi tərəfindən aradan qaldırılır və öz-özünə geriləyir. Adətən yalnız izləmə tələb edir.  🔸 CIN 2 (orta displazi): Xərçəngə çevrilmə riski daha yüksəkdir. Müalicə və ya yaxın izləmə tələb edir.  🔴 CIN 3 (ağır displazi): Xərçəng riski yüksəkdir və mütləq müalicə olunmalıdır.  Diaqnoz və Müalicə Necə Aparılır?  Diaqnoz üçün Pap smear, HPV testi, kolposkopiya və biopsiya kimi müayinələrdən istifadə olunur. Biopsiyanın nəticəsi diaqnozu təsdiqləyən "qızıl standart"dır.  CIN 1: Adətən 6-12 ay fasilələrlə izlənilir.  CIN 2 və CIN…

Read More

Development mode is enabled for this theme. Disable "Enable theme dev mode?" in Settings > General before using a real license.