Skip to content Skip to footer

Uşaqlıq Boynu Eroziyası (Servikal Eroziya) nədir?

Uşaqlıq boynunun səthində normalda olması lazım olmayan qızartılı və həssas sahənin yaranmasıdır. Xalq arasında “eroziya” deyilsə də, tibbi olaraq bu vəziyyət çox vaxt ektopiya adlanır və hər zaman yara və ya təhlükəli hal demək deyil. Bir çox qadında heç bir şikayət yaratmadan mövcud ola bilər. 

Əlamətləri

Cinsi əlaqədən sonra qanlı axıntı 

Uzunmüddətli və ya artmış vaginal axıntı 

Bəzən aşağı qarın nahiyəsində diskomfort 

Qeyd: əksər hallarda heç bir əlamət olmur.

Səbəbləri

Hormonal dəyişikliklər (hamiləlik, gənc yaş dövrü) 

İnfeksiyalar (xüsusilə iltihabi proseslər) 

Tez-tez keçirilən ginekoloji müdaxilələr 

Doğuşdan sonrakı dəyişikliklər 

Necə müayinə edilir?

Ginekoloji baxış: Güzgü ilə uşaqlıq boynu müayinə olunur, qızartılı sahə vizual olaraq görünə bilər. 

Pap-smear (yaxma testi): Hüceyrə dəyişikliklərini və riskləri qiymətləndirmək üçün götürülür. 

Kolposkopiya: Xüsusi cihazla uşaqlıq boynu böyüdülərək daha ətraflı baxılır. 

Biopsiya: Şübhəli hallar olduqda kiçik toxuma nümunəsi götürülə bilər. 

Development mode is enabled for this theme. Disable "Enable theme dev mode?" in Settings > General before using a real license.