Sual-Cavab
Fizioterapiya haqqında ən çox verilən sualların cavabları
Tez-Tez Sorulan Suallar
Axtardığınız cavabı tapa bilmədinizsə, WhatsApp vasitəsilə bizimlə birbaşa əlaqə saxlayın.
Fizioterapiya seansından əvvəl nə etməliyəm?
İlk seansdan əvvəl hazırlıq sadədir:
- Rahat, hərəkəti məhdudlaşdırmayan geyim geyinin
- Əvvəlki müalicə qeydlərini, rentgen/MR/USG nəticələrini gətirin
- İstifadə etdiyiniz dərmanların siyahısını bilin
- Şikayətinizin nə vaxt başladığını, hansı hərəkətdə artdığını düşünün
- Ac gəlməyin — yeməkdən 1 saat sonra gəlmək rahatdır
Randevu almaq üçün nə etməliyəm?
Randevu almaq çox asandır — WhatsApp üzərindən +994 55 421 41 11 nömrəsinə yazın. Adınızı, probleminizi və istədiyiniz gün/saatı bildirin. Ən qısa zamanda sizinlə əlaqə saxlayılır.
Həmçinin Əlaqə səhifəsindəki formu da doldura bilərsiniz.
Bir seans nə qədər davam edir?
İlk seans (qiymətləndirmə + müalicə) adətən 45–60 dəqiqə davam edir. Sonrakı terapiya seansları 30–50 dəqiqə olur. Manuel Lenf Drenajı (MLD) seansları 60 dəqiqəyə qədər çəkə bilər.
Neçə seans lazım olacaq?
Seans sayı şikayətin növünə görə dəyişir:
- Kəskin ağrı (bel, boyun): 6–10 seans
- Lenfödem — aktiv faza: 10–15 seans
- Skolyoz (Schroth): 10–20 seans + ev proqramı
- Pediatrik reabilitasiya: uzunmüddətli, hər ay qiymətləndirilir
- Donmuş çiyin: 10–15 seans
Dəqiq sayı ilk qiymətləndirmə seansında müzakirə edilir.
Fizioterapiya ağrılıdırmı?
Xeyr, fizioterapiya ağrılı olmamalıdır. Fizioterapiya ağrısızlaşdırma üzərindən işləyir. Bəzi texnikalar sırasında "yaxşı bir hiss" ola bilər — narahat edici deyil. Müalicə zamanı rahat deyilsinizsə mütləq bildirin.
Həkimin yönlendirməsi olmadan gələ bilərəmmi?
Bəli, birbaşa müraciət edə bilərsiniz. Rentgen/MR nəticələriniz varsa gətirin. Heç bir müayinə yoxdursa — ilk seansdə qiymətləndirmə edilir.
Uşağım üçün nə vaxt fizioterapevtə gətirməliyəm?
Bu əlamətlər varsa gecikmədən müraciət edin:
- 4 ayda baş kontrolu yoxdursa
- 9 ayda oturmursa
- 12 ayda emekləmirsə
- 18 ayda yerimirsə
- Əzələlər çox sert ya çox yumşaqdırsa
- Boyun bir yana daima əyikdirsə
- Barmaqları sürekli yumruqdadırsa
Lenfödem olan qoluma/ayağıma masaj edə bilərəmmi?
Adi masaj tövsiyə edilmir — yanlış uygulanmış masaj lenfödemin kötüləşməsinə səbəb ola bilər. Yalnız mütəxəssis tərəfindən tətbiq edilən Manuel Lenf Drenajı (MLD) uyğundur.
Hamiləyəm, fizioterapiya ala bilərəmmi?
Bəli — hamiləlik dövrü fizioterapiya həm güvenlidir, həm də faydalıdır:
- Bel & çanaq ağrısı üçün postur məşqləri
- Ödem üçün yüngül lenf drenajı (2. trimestr)
- Pelvik taban güclənmə məşqləri
- Doğuşa hazırlıq nəfəs texnikaları
Bütün müalicələr hamiləliyə uyğun şəkildə tənzimlənir. Elektroterapiya kimi bəzi texnikalar hamiləlikdə tətbiq edilmir.
Sualınızı Tapammadınız?
WhatsApp vasitəsilə bizimlə birbaşa əlaqə saxlayın. Cavabımız tez olacaq.